ABŞ-ın Çindəki səfiri Terri Brendsted ölkənin xarici siyasət idarəsinə çağırılıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, Çin xarici işlər nazirinin müavini Le Yuyçen amerikalı diplomata “Huawei” şirkətinin maliyyə direktoru Men Vançjounun saxlanılması ilə əlaqədar qəti etirazını bildirib.
Çin ABŞ-dan M. Vançjounun həbsinə dair sanksiyanın dərhal ləğv edilməsini tələb edib.
Qeyd edək ki, “Huawei” şirkətinin qurucusu Jen Çjenfeyin qızı olan M. Vançjou dekabrın 1-də Vankuverdə saxlanılıb. ABŞ İrana qarşı sanksiyalarla əlaqədar onun ekstradisiyasını istəyir. Çinin Kanadadakı səfirliyi bu addımı insan haqlarının kobud pozulması adlandırıb. Eyni zamanda Pekin ABŞ və Kanadaya nota verib.