Yunanıstan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin Makedoniya parlamentinin ölkənin adının dəyişdirilməsi ilə bağlı qərarına dair şərhinə reaksiya verib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, rəsmi Afina Rusiya XİN-in şərhini Yunanıstanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Yunanıstan XİN-in bəyanatında bildirilir ki, Moskvanın şərhi iki ölkə arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun deyil.
Qeyd edək ki, Rusiya XİN-in şərhində Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı izahat və məsələnin BMT Təhlükəsizlik Şurasında baxılmasına çağırış yer alıb.