Britaniya parlamentinin deputatları “Brexit” şərtlərinə dair sazişin əleyhinə səs veriblər.
ulusestv.az TASS-a istinadən xəbər verir ki, 432 deputat sənədin əleyhinə, 202 nəfər isə lehinə səs verib.
Deputatlar həmçinin 600 səs əleyhinə, 24-ü lehinə olmaqla, “Brexit”ə ölkənin Avropa İttifaqı ilə razılaşdırılmış İrlandiya sərhədləri üzrə plandan birtərəfli imtina etmək hüququ verən düzəlişləri təsdiq etməyiblər.