Qatı duman Kişineu beynəlxalq aeroportunun işini iflic vəziyyətinə salıb. ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, qeyri-sabit hava şəraitinə görə bütün reyslər gecikir və ya təxirə salınır.
Hazırki vəziyyətə görə, bu gün səhər saatlarından başlayaraq Buxarest, Sankt-Peterburq, Tel-Əviv, Krasnadar, Kiyev, Vena, İstanbul, London, Boloniya reyslərinin uçuşu təxirə salınıb.
Bundan başqa, Kişineuya uçan təyyarələrin bir neçəsi Odessa, Buxarest, Budapeşt aeroportlarına eniş edib.