Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 14-də Soçidə görüşəcəklər.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilir ki, fevralın 14-də Soçidə Suriya böhranının həllinə dair Rusiya-Türkiyə-İran sammiti keçiriləcək və prezidentlər həmin tədbirdə bir araya gələcəklər.