Ötən il Moldovada 700 uşaq evdən qaçıb ki, bu da 2017-ci illə müqayisədə 30 faiz çoxdur.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Moldova Polisi Baş İnspektorluğunun mətbuat katibi Marina Betsivu məlumat verib.
Onun sözlərinə görə, polis gün ərzində təxminən 2-4 uşağın itməsi halını qeydə alıb. Evdən qaçan uşaqlar, əsasən, 14-15 yaşında qızlar olub. 2018-ci ildə 513 uşaq bir sutka ərzində tapılaraq evlərinə qaytarılıb.
Uşaqların evdən qaçmasının əsas səbəblərindən biri kimi valideynlərin onlara münasibəti göstərilir.