Türkiyə Statistika Komitəsinin hesablamalarına görə, 2018-ci ildə ölkə üzrə 22 milyon 865 min 921 nəqliyyat vasitəsi qeydə alınıb. Bunlardan 4 milyon 173 min 312-nin İstanbulda olduğu bildirilir ki, bu da Türkiyə üzrə 20 bölgənin əhali sayına bərabərdir.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin Bayburt, Tunceli, Ardahan, Kilis, Gümüşhanə, Artvin, İğdır, Bartın, Çankırı, Sinop, Biləcik, Erzincan, Kırşəhər, Karabük, Karaman, Yalova, Burdur, Bingöl, Hakkari, Kırıkkale bölgələrində əhalinin ümumi sayı təxminən 4 milyon 170 min nəfərdir.