Fevralın 10-da Yaponiyanın cənub-qərbində, Okinava prefekturası ərazisində 5,1 bal gücündə zəlzələ baş verib.
ulusestv.az Yaponiya Metrologiya Agentliyinə istinadla xəbər verir ki, zəlzələnin episentri Ryukyu adaları rayonunda, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.