Britaniya muzeyi Efiopiya imperatoru Teodrosun saçlarını qaytarmağa razılaşıb.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Milli Ordu Muzeyindən məlumat verilib.
Bildirilib ki, bu addım Efiopiya vətəndaşları üçün mədəni həssaslıq sayılan obyektlərin qaytarılması üçün rəsmi məktub aldıqdan sonra atılıb. Muzeyin kolleksiyalarının rəhbəri Terri Dendi qeyd edib ki, Efiopiya hökuməti tərəfindən saçların geri qaytarılması iddiasının məqbul olduğuna inanır.
Xatırladaq ki, 1868-ci ildə baş verən Maqdala döyüşü zamanı ingilislərə məğlub olan imperator Teodros intihar edib və mirası ingilis əsgərləri tərəfindən qarət olunub.