Ukraynada seçki kampaniyası azad və şəffaf keçirilir.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Ukraynanın bəzi telekanallarına müsahibəsində ölkə prezidenti Petro Poroşenko söyləyib.
Poroşenko bildirib ki, Ukraynanın seçki tarixində ilk dəfədir çoxlu sayda – 2 mindən artıq müşahidəçi qeydə alınıb. “Çox sevinirəm ki, Ukraynada azad və şəffaf seçki üçün hər cür şərait var”,- deyə prezident əlavə edib.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.