Yaponiyada işçi vizası almaq istəyən əcnəbilər aprelin 14-də keçirilən ilk imtahana qatılıblar.
ulusestv.az AZƏRTAC-a istinadla xəbər verir ki, Yaponiya hökuməti ölkədə işçiyə kəskin şəkildə artan tələbatı ödəmək üçün 14 sahə üzrə əcnəbilərin sayını artırmağa çalışır. Yapon danışıq dili və texniki imtahandan uğurla keçən əcnəbilərə yeni vizalar veriləcək.
Yaponiya Turizm İdarəsinin bildirdiyinə görə, həmin gün 761 əcnəbi mehmanxana sənayesi sahəsində işləmək üçün təşkil olunan imtahanda iştirak edib. Onlardan təxminən 130 nəfəri Nəqliyyat Nazirliyinin Tokioda yerləşən auditoriyalarının birində imtahana qatılıb.