Yaponiyada kökləri Edo dövrünə gedib çıxan Setsubun festivalında baharın gəlişi qarşılanır, uğursuzluq və pis ruhlar isə qovulur.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Tokionun yaxınlığındakı məbəddə ənənəvi olaraq təşkil edilən Setsubun festivalına məşhur sumo güləşçiləri, kabuki teatrının aktyorları qatılıblar.
Çiba prefekturasının Narita şəhərinin Naritasan-Şinsyozi məbədində hər il ənənəvi şəkildə təşkil olunan festival Ay təqviminə əsasən qışın qurtarmasını və yazın gəlişini bildirir.
Festival çərçivəsində uşaqlar iblisi və qəzəbli ruhları qovmaq üçün onları paxla ilə vururlar.
Mərasimdə qonaqlar paxlaları məbədin qarşısında quraşdırılan meydançadan buraya toplaşan insanlara atıblar, onlar isə, öz növbələrində, bu paxlaları və müxtəlif şirniyyatları havada tutmağa çalışıblar. Ənənəyə görə, bu paxlaların havada tutulması yeni fəslin uğurlu başlanğıcından xəbər verir.