Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania mayın 1-dən vəzifəsindən gedəcək.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, L.Jvania bu barədə özünün “facebook” səhifəsində yazıb.
O mayın 1-dən fəaliyyətini Gürcüstan patriarxlığında davam etdirəcək.
L.Jvania vəzifəsindən azad olunması ilə bağlı Prezident Salome Zurabişviliyə mart ayında müraciət edib. Dövlət başçısı onun mayın 1-dən etibarən vəzifəsini tərk etməsi barədə qərar verib.
Məlumat üçün qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, bundan əvvəl Gürcüstan Patriarxlığı Fonduna rəhbərlik edib.