Avropanın Statistika Agentliyinin məlumatına əsasən, Bolqarıstan və Rumıniya informasiya texnologiyaları üzrə məktəbdə və universitetlərdə təhsil alan qızların sayına görə Avropa İttifaqında ilk yerlərdədir.
ulusestv.az AZERTAC-a istinadən xəbər verir ki, Rumıniya və Bolqarıstanda bu sahədə təhsil alan tələbə və şagirdlərin 31 faizi qızlardır. Aİ-də 2016-cı ildən etibarən 1,3 milyon tələbə və şagirdlər informasiya texnologiyaları üzrə təhsil alıb.