İndoneziyada səsvermənin nəticələrini sayarkən yorğunluqdan seçki məntəqələrinin 500 əməkdaşı ölüb, 2500 nəfərə qədər xəstəxanalara yerləşdirilib.
RİA Novosti ölkənin Səhiyyə nazirliyinə istinadən xəbər verir ki, ölümlərin çoxu infarkt və insultdan olub.
Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə, ölən əməkdaşların yaşı 50-70 arasındadır.
Bütün ölümlərin təbii səbəblərdən baş verdiyi bildirilir.
Aprelin 21-də İndoneziyada eyni zamanda prezident, parlament və bələdiyyə seçkiləri keçirilib.