Tehranın sabiq meri Məhəmməd Əli Nəcəfi arvadını öldürdüyünü etiraf edib. Bu barədə Tehran prokurorluğunun nümayəndəsi məlumat yayıb.
“Nəcəfi həyat yoldaşını öldürdüyünü bildirərək, bunu ailədəki şiddətli narazılıqlarla əlaqələndirib”.
Onun sözlərinə görə, sabiq mer özü hüquq mühafizə orqanlarına təslim olub.
Daha öncə mətbuatda İran prezidentinin iqtisadi məsələlər üzrə sabiq müşaviri və Tehran meri Nəcəfinin həyat yoldaşının öz evində güllələndiyi bildirlmişdi.
Oxu.Az