Tokioda Konqo Demokratik Respublikasında səfərdə olan yaşlı qadın Ebola virusu xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
TASS xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Saytama prefekturasının 70 yaşlı sakini iyulun 31-də Konqodan səfərdən qayıdıb və hərarəti qalxdığı üçün üç gündən sonra xəstəxanaya müraciət edib. Elə həmin axşam qadının temperaturu 39,2 dərəcəyə qalxıb.
Hazırda o, Tokiodakı tibb müəssisələrinin birinə yerləşdirilib. Malyariya üçün götürülən qan nümunəsi də mənfi nəticə verib. Ebola virusunun yoxlanılması üçün götürülən analizin nəticəsi isə hələ məlum deyil.