Maskalı naməlum silahlılar şənbə günü axşam Bağdadda “Al Hadath” peyk telekanalının ofisinə hücum edib.
“TASS” agentliyi xəbər verir ki, bu barədə birbaşa yayımda telekanalın müxbiri Məcid Həmid bildirib.
Onun sözlərinə görə, silahlı hücum zamanı əməkdaşlar arasında xəsarət alanlar var.
“Həmkarlarımdan biri başından aldığı zərbə nəticəsində ciddi travma alıb”, - deyə o bildirib və əlavə edib ki, hücumla bağlı araşdırmalar aparılır.