Rusiyanın Kemerovo vilayətinin Kisilyovsk şəhərinin eks-meri Sergey Lavrentyev evində güllələnib. ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “İnterfaks” xəbər verib.
Qətl hadisəsi Yuxarı Çumış kəndində baş verib. Qeyd edilir ki, Lavrentyev cinayətkarlardan yalnız birinə atəş açmağı çatdırıb. Bununla da, eks-merə hücum edən şəxslərdən biri ölüb, digərləri gizlənib. Qətli törədən şəxslərin axtarışlarına başlanılıb.
Qeyd edək ki, Sergey Lavrentyev 16 il Kisilyovskun meri olub. O, postu öz istəyi ilə 2018-ci ildə tərk edib.