Qazaxıstanın Almatı vilayətində 5,2 bal gücündə zəlzələ olub. ulusestv.az “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.
Yerli saatla 01:38 radələrində qeydə alınan yeraltı təkanların episentri Almatıdan 303 kilometr aralıqda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.