SSRİ-nin sonuncu Prezidenti Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Moskva” agentliyi məlumat yayıb. 88 yaşlı eks-prezidentin sətəlcəm olduğu deyilir.
Qorbaçov Fondundan isə keçmiş Prezidentin səhhəti ilə bağlı açıqlama verməkdən imtina ediblər. “Biz heç nə deyə bilmərik. Belə məlumatı tibbi informasiya olduğu üçün şərh etmək səlahiyyətimiz yoxdur”, - deyə Fondun mətbuat xidmətinin rəhbəri Pavel Palajçenko bildirib.
Qeyd edək ki, Mixail Qorbaçov SSRİ-nin prezidenti kimi 1990-cı il martın 15-dən 1991-ci il dekabrın 25-dək hakimiyyətdə olub.