Kolumbiyada 6 bal gücündə zəlzələ olub. ulusestv.az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat verib.
Yeraltı təkanların episentri Qranada yaşayış məntəqəsindən 33 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Bir neçə dəqiqədən sonra 5,8 bal gücündə zəlzələ olub. Bu dəfə episentr Qranada yaşayış məntəqəsindən 47 kilometr aralıqda, ocaq isə 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.