Türkiyənin Samsun şəhərində polis qaçırılan qızını evə qaytarmaq istəyən ailəni saxlayıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, 19 yaşlı Nehir A. 25 yaşlı sevgilisi Bilal E.-yə qoşulub qaçıb. Qızlarından xəbər tuta bilməyən ailə üzvləri onun Bafra ərazisində olduğunu öyrəniblər.
Övladlarını qaytarmaq üçün gizlədildiyi evdən çıxarıb zorla avtomobilə mindirmək istədikdə qonşular polisə xəbər verib. Nehir A. valideynlərinin əlindən qaça bilsə də, sevgilisi Bilal E.-nin qohumları ilə onlar arasında münaqişə düşüb.
Hadisəyə müdaxilə edən polis onları həbs edib. Araşdırmalar davam edir.