Tibetin Lhas şəhərində koronavirusa ilk yoluxma halı qeydə alınıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bu vaxta qədər Tibet Çində bu tip pnevmoniya hallarının olmadığı yeganə bölgə olaraq qalırdı.
Qeyd edək ki, son məlumatlara görə, Çində virusa yoluxanların sayı 7 711 nəfərə çatıb, onlardan 1370 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 170 nəfər ölüb.