Dünyanın ən zəngin insanlarından biri, “Microsoft”un təsisçisi Bill Qeytsin 23 yaşlı qızı Cennifer Katarina Qeyts toya hazırlaşır.
ulusestv.az “Qafqazinfo”ya istinadən bildirir ki, o, İnstaqramda Çikaqodan olan 28 yaşlı misirli idmançı Nail Nassarla foto paylaşaraq, bu barədə məlumat verib. Şəkildə Cenniferin nişan üzüyü də aydın görünür.
Nassar Bill Qeytsin qızına evlilik təklifini dağda istirahət zamanı edib. Cennifer Nailə “hə” cavabı verib.