Ermənistanda son sutka ərzində 146 nəfər yeni növ koronavirusa yoluxub.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 3175-ə çatıb. Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 1 nəfər artaraq 44-ə çatıb. Ümumilikdə 1 267 pasiyent müalicə olunaraq sağalıb.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət mayın 14-dək uzadılıb.