İranın Neft İxrac Edən Ölkələr Təşkilatındakı (OPEC) nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili 68 yaşında dünyasını dəyişib.
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İranın Neft Nazirliyi açıqlama verib. Onun ölüm səbəbinin beyin qansızması olduğu bildirilib.
Qeyd edək ki, Kazımpur Ərdəbili 1980 və 1981-ci illərdə İranın Ticarət Naziri, 1990-cı ildə 1995-ci ilə qədər isə İranın Yaponiyada səfiri vəzifəsində çalışıb.
Son 7 ildə isə o İranın OPEK-dəki nümayəndəsi kimi fəaliyyət göstərirdi.