"Mərhəmət.TV" xəbər verir ki, "Şərur MTK"-nın rəhbəri İsfəndiyar Axundov həmişə olduğu kimi, yenə də öz mərhəmti və səxavəti ilə 60 Şəhid ailəsini sevindirərək onları mənzillə təmin edərək mənəvi dəstəyini xalqına, dövlətinə, millətinə göstərmişdir. MTK-nın rəhbəri bu xeyirxah işlərini hətta 90-cı illərdən başlayaraq, hal-hazıra kimi də davam etdirir. İsfəndiyar müəllim nitqində bir daha ifadə edərək bildirdi ki, həmişə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin yanındadılar və hər zaman ölkə başçısının daxili və xarici siyasətini dəstəkləyir. Və fəxrlə bildirdi ki, məhz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir və onunla qürur duyur. İsrafil Axundov fəxr edir ki, bu dövlətin, bu millətin vətəndaşıdır.
Bu addımı ilə İsfəndiyar müəllim bir xeyirxah iş adamı kimi öz mərhəmətli işi ilə özünü vətənpərvər insan olduğunu təsdiqlədi. İsfəndiyar müəlimə bundan sonrakı işlərində uğur, qalibiyyət, zəfər diləyib, uzun ömür, can sağlığı və xeyirxah işlərinin davamlı olmasını arzulayırıq.
Redaksiya olaraq "Şərur MTK"-nın rəhbəri İsfəndiyar müəllimə bütün Azərbaycan xalqı adından minnətdarlığımızı bildiririk.
Gülnara Həmidova
"Mərhəmət.TV"-nin rəhbəri