Amansız ölüm 2-ci qrup Müharibə Əlili baş leytenant Azər Hacıyevi bizdən ayırdı. Azər Hacıyev 1990-1993-cü illərdə könüllü olaraq DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsinin tərkibində xidmət edib. O, bir çox döyüş əməliyyatlarında Şuşa, Goranboy, Ağdam, Füzuli, Laçın uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılıb.
Azər Hacıyev Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovla dost idi. Elə doğma qızına da dostu Tahirin anası Qalibə xanımı adını qoymuşdu. Allah Qalibə qızımıza səbr versin. O, atasına layiq övladıdır.
Allah rəhmət eləsin.
Elmar Hüseynov
“Azərbaycan Bayrağı” ordenli,
Ehtiyatda olan polkovnik