Qarabağ Azərbaycanın qədim tarixi bölgələrindən biridir. Bu bölgə kiçik Qafqaz dağları ilə Kür və Araz çayları arasındakı ərazini əhatə edir. Qarabağ anlayışı Vll əsrdən etibarən işlənməyə başlamış Xll əsrdən etibarən isə geniş yayılmışdı. "Qarabağ" "qar" və "bağ" Türk-Azərbaycan sözlərinin birləşməsindən əmələ gəlmişdir. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra mayın birinci yarisında Şuşa, Cəbrayıl, Cavanşir qəzalarında Sovet hakimiyyəti quruldu.
1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra bolşevik Rusiyanin bilavasitə köməyi və iştirakı ilə Zəngəzurun böyük bir hissəsi ermənilərə verildi, nəticədə Naxçıvanla Azərbaycanın digər torpaqları bir-birindən ayrı salındı.
1923-cü il iyulun 7-də Qarabağ dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar vilayətinin yaradılması ilə gələcək üçün yeni erməni separatcılığının əsas qoyuldu. Bu serapatçığa Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirməsi planlarından əl çəkmirdilər.
Bu gün Ali baş komandan bir daha qeyd etdi ki, Müharibədən sonra bunu dəfələrlə demişəm, indi də deyirəm ki, Dağlıq Qarabağ münaqişəsini tək başına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında və döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun. Və bir daha qeyd edirəm Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazisi vahidi yoxdur.
Nahidə Abuşova
Böyük Xocavar kənd tam orta məktəbin müəllimi.