Ərazisi 4.400 kvm olan Azərbaycanin ən qədim tarixi vilayəti olan Dağlıq Qarabağ ərazisi Ermənistan tərəfindən işğal olundu və bu ərazisində 1923-cu ildə Dağlıq Qarabağ Muxtar Vilayəti quruldu.
1989 - cu ildə Azərbaycan Parlamentinin qərarı ilə bu muxtar ləğv olundu.
27 sentyabr 2020-ci il tarixində başlayan 44 gün davam edən ll Qarabağ müharibəsində xalqımız , ordumuz və prezidentimizin dəmir yumruq kimi birləşməsi əzmlə, böyük şücaətlə mübarizə aparması nəticəsində 10 noyabr
2020 - ci il tarixində Şanlı Qələbə qazandıq. Döyüş meydanında qazanılmış Qələbə, düşmənə vurulan sarsıdıcı zərbələr düşməni ağ bayraq qaldırmağa, təslim olmağa məcbur etdi.
10 noyabr 2020 - ci il tarixində tərəflər arasında imzalanmış sənəd Ermənistanın məhz kopitulyasiya aktı idi, bununla da tarixi zəfərimizlə Dağlıq Qarabağ münaqişəsi həll olundu.
Ali baş Komandamızın da qeyd etdiyi kimi Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı vahid ərazi yoxdur:
"Münaqişə öz həllini tapib və hesab edirəm ki, bu məsələyə qayitmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərazisində bunu göstərdik, kimsə hesab
edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir.
Noyabrın 10-dan faktiki olaraq de-fakto münaqişəsinin həlli ilə bağlı sənəd imzalandı.
Məmmədova Ülviyə . Böyük Xocavar kənd tam orta məktəbin müəllimi.