“44 gün”lük haqq savaşı olan 2-ci Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda azğın düşmənə qarşı döyüşlərin birində yaralanaraq bir neçə ay koma vəziyyətində yatan qazimiz, cəsür döyüşçü Şahhüseynov Zeynal Fizüli oğlu gözünü əbədi yumaraq Allahın ən uca zirvəsi sayılan şəhidlik zirvəsinə ucaldı. Bununla əlaqədar olaraq şəhidimizin boya-başa çatdığı Masallı rayonuna, bütövlükdə Azərbaycanımıza və başda valideynlərinə redaksiyamız adından dərin hüznlə baş sağlığı veririk. Yeri cənnət məkan olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhadətin mübarək ŞƏHİDİM!!!
Şamil Cəfər
AJB-nin üzvü