Əsirlərdən bəri Azərbaycan xalqına qarşı düşmən qüvvələrinin törəddikləri cinayət xarakterli vəhşilikli,soyqrımlar,qətliyamlar,əliyalın xalqa qarşı amansız zülmlər olmuşdu.Yaxın keçmişdə baş verən Qarabağ müharibəsi zamanı bu vəhşiliklərin qurbanı yenə Azərbaycan xalqı oldu. Torpaqları işğal olan,insanları əsir düşən,girov düşən,itgin düşən,qaçqın düşən,soyqrıma məruz qalan Azərbaycan xalqı.Azərbaycanın haqq səsini eşitməyən bir sıra dünya miqyaslı təşkilat və qurumlar.27 il səssiz qalan,haqqı tapdanan Azərbaycan dövlətinin yararına addım atmayan təşkilatların verdiyi qərarlar nə yazıq ki kağız üstə qaldı. Ama gün gəldi,xalq özü bu haqqı tanıtmaq üçün bir yumruq okub Möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında dəmir yumruq tək birləşdi.44 ilə sığmayan yaşantıları,xalqın igid oğulları 44 günə sığdırdı.Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uzaqgörən siyayəti nətizəsin də bu gün ərazi bütövlüyümüz təmin olundu.Tapdaq altında qalaraq inildəyən torpaqlar azad olunaraq rahat nəfəs aldı,çiçəkləndi,canlandı,yeni nəfəs,yeni can gəldi.Yenilənən can Azərbaycan,can Qarabağ. Azərbaycan xalqına qarşı nə qədər ikili siyasət oynanılsada,nə qədər riyakarcasına mövqe qurulsada,dövlət və dövlətçiliyimiz güclüdür,sarsılmazdır və dövlətimizin dünya dövlətləri arasında böyük nüfuza sahib olması cənab prezident İlham Əliyevin uzaqgörən siyasəytinin nəticəsidir.
Dilarə Hüseynova - Masallı Dövlət Regional Kollecinin direktor müavini