Dəyərli və əziz həmkarımız, Qızıl qələm mükafatı Nisə Rafiqqızı. Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və doğum gününüz münasibətilə saytımızın kollektivi adından səmimi qəlbdən təbrik edirik. Sizə şəxsi həyatınızda və yaradıcılıq işlərində yeni-yeni nailiyyətlər diləyirik. Siz gözəl ana, istedadlı qələm sahibi kimi hər birimizin qəlbində öz dəyərli yerinizi tutmusuz. Uca Tanrıdan sizə xoşbəxtlik, uzun ömür, can sağlığı, ailə səadəti diləyir, iki gözəl gül balanızın hər zaman xoş günlərini görməyi Tanrıdan sizə arzu edirik. Yaxşı ki, varsız. Yeni yaşınız sizə uğurlar və nailiyyətlər bəxş etsin. Ad gününüz mübarək, əzizimiz Nisə xanım.
Fərid Faiqoğlu
AJB-nin üzvü