Gəncə şəhərində ata və oğul bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, Gəncə şəhər sakinləri, 1964-cü il təvəllüdlü İlham Tağıyevin və oğlu 1998-ci il təvəllüdlü Araz Tağıyevin qonşuları Rasim Hüseynov ilə aralarında şəxsi münasibətlər zəminində münaqişə yaranıb.
Nəticədə R.Hüseynov ata və oğluna bıçaqla xəsarət yetirib.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.