Millixəbər.az-ın “Həkimlə Biz” rubirkası “Ömür” Klinkasınının direktoru, həkim ginekoloq Tansu Məmmədzadənin tibbi maarifləndirici fikirlərini sizlərə təqdim edir.
İstəkli izləyicilər, əziz xanımlar bu gün haqqında danışacağım mövzu ilk trimestrə aid olduqca əhəmiyyətli mövzudur.
Hamiləlikdə 3 trimestr var: 1-ci, 2-ci və 3-cü trimestr hamiləlik .Birinci trimestr 12 həftəyə kimidir, 2-ci trimestr 12 həftədən 24 həftəyə kimidir və 3-cü trimestr isə 24 həftədən doğuşa qədər olan dönəmdir.
İlk trimestr çox önəmlidir. Beləki, xanımlarımız,gələcək analarımız ilkin hamiləliyin əlamətlərini özlərində görəndə əvvəlcə hamiləlik testi edirlər,hamilə olduqlarını bildikdən sonra isə təəssüf ki, boş yanaşırlar,həkimə getməyi düşünmürlər. Amma birincisi hamiləlik testi çıxan kimi ultrasəs müayinəsinə gəlmək lazımdır və qanda beta HCg dediyimiz analiz deyerini vermək lazımdır. Bunu da ona görə etmək lazımdır ki çox hallarda ektopik, yəni uşaqlıqdan kənar hamiləlik kimi vəziyyətlərlə qarşılaşa bilərik ki, bu zaman da hamiləlik testi pozitiv,yəni iki xətt çıxır. Amma ki xanımlarımız vaxtında qanda beta HCg analizini vermədən, yaxud da vaxtında ultrasəs müayinəsinə düşüb uşaqlıqda yəni endometriyumda döl kisəsini görmədən davam etsələr təbii ki, uşaqlıqdan kənar hamiləlikdirsə bu vaxt onlar heç zaman onu aşkarlaya bilməyəcəklər və bunun da nəticəsində təəssüflər olsun ki, gecikdirilmiş bir vəziyyətdə, məcbur şəkildə əməliyyat icra etməli oluruq. Ona görə bu vəziyyətlərə gəlib çıxmamaq üçün,əməliyyatla qarşılaşmamaq üçün biz məsləhət görürük ki hamiləlik olan kimi mütləq şəkildə həkimə müraciət olunsun.
Beləki hamiləliyin başlanğıcı ilə bağlı 1-ci trimestrin önəmindən danışdıq.1-ci Trimestrin önəmininin də əsası təbii ki ürək döyüntüləridir. Bilirsiniz ki, inkişafdan qalmalar ən çox bu həftələrdə olur. Bunu da nəzarətdə saxlamaq üçün mütləq şəkildə həkimə müraciət etmək lazımdır.Heç bir xanım deyə bilməz ki mənim hamiləlikdə problemim yoxdur, təbii ki, istəmərik də olsun. Amma hər bir halda ehtiyyatı saxlamaq və həkim nəzarətində olmaq lazımdır. 1-ci Trimestrin ən önəmli skrininq dediyimiz protokola görə və dünya üzrə qəbul olunmuş qayda və qanuna görə skrininq testlər keçirilir hamiləlik boyunca. O skirenninqlərdən biri də hamiləliyin 11-ci 13-cü həftəsi arasında keçirilən ikili tarama testi dediyimiz qüsur analizidir. Bir neçə dəfə hamilə olmuş xanımlarımızın bu haqda məlumatı var.
Ultrasəs müayinəsində ənsə qalınlığı dediyimiz bir ölçü var. Ənsə qalınlığı üzərindən həm də qannan analiz verərək biz ikili tarama testini icra edirik. Bu ikili tarama testinin nəticəsi də təbii ki yenə heç bir şey tibbdə də, heç bir sahədə də bizə 100 faizlik deyil,ən yüksək 90 faiz məlumat verir. Qüsurları ortaya çıxarmağımızda və yaxud da inkar etməyimizdə bizə yardımçı olur. Hər kəsin bildiyi və eşitdiyi Daun sindromu deyilən bir xəstəlik var. Genetik xəstəlikdir. 21 xromosomun deffekti üzrə ortaya çıxır və normalda 46 xromosom ortaya çıxmalıdırsa belə xəstə uşaqlarda 47 xromosom olur genetik kodunda. Bu da təbii ki gələcək valideyn üçün çox önəmli bir nüansdır. Valideyn hər bir halda bunu bilməlidir.Bəzi valideynlər varki istəmir,bəzi valideynlər varki yenə də hər bir halda uşağı dünyaya gətirəcəm deyir.
Bu tarama testin,1-ci trimestrin önəmini mən vurğulamaq istəyirdim gələcək analar üçün. Çünki belə bir situasiyalarla çox tez-tez qarşılaşırıq.
Təbii ki, 2-ci trimestrin də, 3-cü trimestrin də doğuş zamanı da, doğuşdan sonrakı periyod da çox önəmli,çox vacib həm həkim üçün də, pasiyent üçün də önəmli nüanslar var.
Hər şey başlanğıcdan başlayır. Bu mövzu ətrafında əsasən çalışdım ki, 1-ci trimestrin önəmini geniş şəkildə izah edim.