Hamiləlik; yumurta hüceyrəsinin döllənməsindən doğuma qədər keçən 40 həftəlik və ya 280 günlük dövrə verilən addır. Hamiləlik ürəkbulanması hamilə qadınların 70-75%-də rast gəlinir. Ürəkbulanma və qusmalar əsasən hamiləliyin birinci yarısının toksikozlarına aiddir. Əgər hamilə lazımi miqdarda qidalanır və maye qəbul edirsə, toksikoz körpəyə mənfi təsir etməməlidir, yemək və mayeləri qəbul etməkdə çətinlik çəkilirsə, həkimlə məsləhətləşin. Ümumiyyətlə isə hamiləlik başlayandan doğuşa gedənə qədər, hamilə özünü normal hiss etdiyi halda 7-8 dəfə həkimə müraciət etmək lazımdır. Patoloji hamiləliklərdə isə hər 10-15 gündən bir müayinədə olmaq və lazım gələrsə stasionar müalicəsi almaq məsləhətdir.
F.Rüstəmova.