Bu gün İşgəncələr Qarşı Azərbaycan Komitəsinin mərhum sədri, Vətənpərvər İnsan, qanunun aliliyini əsas bilən, haqqı nahaqqın ayağına verməyən, dövlət və dövlətçiliyimizin mənafeyini hər şeydən üstün tutan mərhum Elşad Nəcməddin oğlu Həmidovun əziz xatirəsi yad edilib.
Xatirə günündə mərhumun məzarı ziyarət edilib və məzarın üstündə doğmaların və dostların iştirakı ilə dualar oxunub.
Xatirə günündə ehsan süfrəsi verilib və mərhum Elşad Həmidovun, şəhidlərimizin ruhuna dualar səsləndirilib.
Bu işdə təşəbbüs göstərən mərhumu yad edib hörmətlə andıqları üçün Elşad Həmidovun bacısı, "Merhemet.Tv"-nin baş direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükaftçısı Gülnara xanım Həmidovaya minnətdarlıqlarını bildiriblər.
Fərid Faiqoğlu
AJB-nin üzvü