"İranın qurucusu Fransadan qovulub" İran-İsrail tvit qalmaqalı ölkənin əsas gündəmini zəbt edib.
"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri Hüquq-Eksperti İsmayıl Zalov saytımıza açıqlamasında bildirib. O, qeyd edir ki, İranın Azərbaycanda maliyyə dəstəyi verdiyi xeyli tərəfdarı var:
"Molla rejimindən, papaqlı mollalardan, Namaz qılıb qurtarandan sonra narkotikdən istifadə edənlərdən başqa nə gözlemek olar?
Azerbaycan Dövləti çox güclü dövlətdir. Bizim güçlü Rəhbərimiz var. Terrorçu erməniləri dəstəkləyən ölkənin dini rəhbərindən başqa nə gözləyə bilərik axı?
İran terrorçluqda Terrorist ölkələrin heç birindən geri qalmır. Biri xaçpərəst, biri də molla. İran Azərbaycandakı dəstəkçilərindən istifadə edib pul buraxırlar ve öz içimizdəkilərə, tebi ki, tərəfdar yığırlar və İran da həmin tərəfdarlarının dəstəyinə arxalanıb danışır.
Azərbaycanda molla rejimi yaratmaq istəyirlər amma bu mümkün olmayacaq. Azərbaycan Hüquqi Dövlətdir belə də qalacaq"
Hüquq-Eksperti düşünür ki, İranın bu həmlələrinə rəğmən Azərbaycan xalqı Zəngilana köçməyin sevincini yaşayır.
"Siz Azərbaycan xalqının üzünə baxın, nece sevinc içindədirlər. İnsanlar öz yurdlarına qayıdır.
bilərik ki, hüquq muhafizə orqanlarımız və digər qurumlar artıq Zəngilanda və bəzi digər bölgələrimizdə artıq xidmətə başlayıblar.
Bütün bunlardan danışaq, bu sevinci yaşayaq. İran İslam Respublikası isə terrorçu dövlətdir. Kimisə dəstəkləyirsə o da terrorçu olmalıdır, başqa açıqlaması yoxdur. Bu ölkənin inqilabçısı Xomeyni özü kim olub ki?
Fransadan qovularaq gəlib inqilab edib. Onun qurduğu molla rejimi bizə diktə edə bilməz."
Daha ətraflı videoreportajda
AZƏRBAYCANREALLIĞI.COM