Bu gün "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi"nin mərhum sədri Elşad Həmidovun doğum günüdür. Hörmətlə anırıq. Allahdan rəhmət ediləyirik. Ruhun şad olsun!
PS: Yeri gəlmişkən, bildirmək istəyirik ki, mərhum tanınmış hüquq müdafiəçisi Elşad Nəcməddin oğlu Həmidov 24 iyul 1967-ci il tarixində Bakı şəhərində dünyaya gəlib. 1991-ci ildə Plexanov adına Rusiya Dövlət İqtisad Universitetini İqtisadiyyatın Analizi ixtisası üzrə fərqlənmə ilə bitirib. Tanınmış bu elm ocağını bitirdikdən sonra, dövlət qulluğu olmaqla, ilk əmək fəaliyyətinə başlayıb.
Vəzifədə yüksəliş, rəhbər şəxslərin ixtisas dəyişməsi və ixtisas artırması məqsədilə, rəhbərlik tərəfindən Sank-Peterburq Dövlət Hüquq və Nəqliyyatda Prokurorluq Ali məktəbində təhsilini davam etdirməsi üçün göndərilib və həmin məktəbi də müvəffəqiyyətlə bitirib. Uzun illər Rusiya Federasiyasında hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışıb. 2010-cu ildə Respublika Ağsaqqallar Şurasının mərhum sədri akademik Budaq Budaqovun dəvətilə, Şurada Baş hüquq-məsləhətçisi kimi çalışıb.
23 dekabr 2015-ci il tarixdən, 2007-ci ildən fəal üzvü olduğu İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olub.
Ailəli olub, iki övladı ata yolunun layiqli davamçılarıdır.
Atatv.az saytının kollektivi, bir daha mərhum hüquq müdafiəçisinə Allahdan rəhmət diləyir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Fərid Faiqoğlu