Bu gün hamımızın çox hörmət bəslədiyi insan, hər zaman elin-obasını təəssübünü çəkən, media sahəsində özünün dəsti-xətti ilə seçilən, yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Ulusestv.az" internet televiziyasının rəhbəri, ən əsası deyərdim ki, cəfakeş ailə başçısı Şamil Cəfərin ad günüdür. Doğum günün münasibəti ilə yaxınları və əzizləri Şamil müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı və həyatında uğurlar arzu edirlər.
Bizdə redaksiyamızın kollektivi adından Şamil müəllimi ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı və firavan həyat arzu edirik.
Fərid Faiqoğlu
AJB-nin üzvü