• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Sabunçuda 187 saylı körpələr evi hələ də İcra Hakimiyyətinin tabeçiliyindədir. Elm və Təhsil Nazirliyi hara baxır?

gundem

19-02-2023, 12:07

Sabunçuda 187 saylı körpələr evi hələ də İcra Hakimiyyətinin tabeçiliyindədir. Elm və Təhsil Nazirliyi hara baxır?
Gələcəyimiz olan uşaqların sağlam böyüməsi üçün sağlam mühit, sağlam ab-hava olmalıdır. Dövlət tərəfindən onlara qayğı artır. Yeni uşaq bağçaları tikilir, köhnələri təmir edilir, yararsız binalar isə sökülərək yerində müasir tələblərə uyğun binalar inşa edilir. Bir sözlə, balalarımızın, məktəbəqədər azyaşlı uşaqların sağlam böyüməsi, təlim-tərbiyəsi və istirahəti üçün hər cür şərait yaradılır.
Lakin paytaxtın qəsəbələrində elə uşaq bağçaları var ki, hələ də baxımsız qalıb, günün tələblərinə cavab verə bilməyən şəraitdə fəaliyyət göstərir. Belə müəssisələrdən biri də Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natəvan küçəsində fəaliyyət göstərən Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi 187 saylı Uşaq Bağçasıdır.
Xatırladaq ki, sözügedən bağçanın yerləşdiyi bina çox qədimdir, bəlkə də bir əsrdən artıq yaşı var. Binanın ətrafı natəmizlik içindədir. Çöl divarları yarıya qədər nəmişlik içində olduğundan, suvaqları uçub-tökülür. Tikilən gündən qoyulmuş və üzünün rəngi qopmuş çürük qapı və pəncərələri sınıq vəziyyətdədir. Binanın arxa tərəfində kiçik bir həyət var ki, o da natəmizliyin içindədir. Bir sözlə, bağça köhnə və 3 otaqlı darısqal bir binada, özü də antisanitar şəraitdə fəaliyyət göstərir.
Səhər saat, təxminən, 10-a işləyirdi. Müdiriyyət yerində yox idi. Təxminən, üç uşaq gəlmişdi, onlar da ağlaşırdı. Bağçanın işçiləri binanın qəzalı vəziyyətdə olduğunu dedilər. Onların sözlərinə görə, binanın kanalizasiya, su və elektrik xətləri istismar müddətini çoxdan başa vurub, dəyişilməlidir: “Heç bir şərait yoxdur, otaqlar təmirsizdir, taxta döşəmələr və tavanı uçub-tökülür. Hər tərəf nəmişlik içindədir, adam nəfəs ala bilmir, bu səbəbdən, uşaqlar tez-tez xəstələnirlər. Şərait olmadığından əziyyət çəkirik. Keçən yay Sabunçu Rayon İcra Hakimiyyətİnin işçiləri gəlib binanın durumu ilə maraqlandılar, baxış keçirdilər. Dedilər ki, bina artıq plana salınıb, layihə işləri aparılıb, bu yaxınlarda təmir ediləcək. Hələ ki, üstündən bir il vaxt keçib, bir xəbər yoxdur”.
Mübariz Hüseynov adlı sakin Mübariz İbrahimov küçəsi, 10 saylı evdə yaşadığını və 4 yaşlı Fidan adlı qızını bağçaya gətirdiyini söylədi. Valideynin sözlərinə görə, bina pis durumdadır, şəraiti yoxdur: “Baxın görün ayaqyolu nə gündədir, bağçanın içi çox nəmişlikdir. Bağçanın istilik sistemi o dərəcə də ürəkaçan deyil. Baxmayaraq ki, təzə qızdırıcılar qoyulub, otaqlar normal dərəcədə isti deyil. Elə bu səbəbdən, uşaqlarımız tez-tez xəstələnirlər. Hər tərəf natəmizlik içindədir. Həyəti-bağçası olmadığından, isti günlərdə uşaqlar çıxıb təmiz hava ala bilmir, oynamağa yerləri yoxdur. İlin bütün fəsillərində uşaqlar içəridə, qapalı şəraitdə qalır, bu da tibbi nöqteyi-nəzərdən baxdıqda, onların sağlamlıqlarına mənfi təsir göstərir”.
Valideynlər gileyləndilər ki, bağçanın dam örtüyü təmir edilmədiyindən, yağış suları otaqlara damır: “Qəzalı vəziyyətdə olan binadır, sökülüb, yerində yenisi tikilməlidir. Mətbəxi çox bərbad gündə, antisanitar şəraitindədir, siçovulların əlindən tərpənmək olmur. Xörək qazanları, qab-qacaqlar köhnədir, sovet dönəmindən qalmadır. Siz deyin, bu cür şəraitdə uşaqlar sağlam böyüyə bilərlərmi?
Sonra Sabunçu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə üz tutub bağçanın mövcud durumu ilə bağlı onlara məlumat verdik. Sabunçu rayon KEM Uşaq və Yeniyetmələr Gigiyena bölməsinin müdiri Kamal həkim suallarımıza cavan verməkdən boyun qaçırdı. Heç soyadını da bizə demək istəməyən Kamal həkimin tək cavabı bu oldu ki, bağçanın binası qəzalı vəziyyətdədir: “Bu barədə sizə məlumat verə bilmərik. Axı, bağçadan nə tutmusan? O qədər yazmalı yer var, gedin oradan yazın, üç-dörd günə müdir gələcək, onda gələrsən. Onsuz sizə məlumat verə bilmərik”.
Elm və Təhsil Nazirliyi gələcəyimiz olan körpələrimizi bu cür şəraitdə təhsil almasına göz yumur, hər an fidanlarımızı ölüm təhlükəsi gözləyir. Son zamanlar 187 saylı körpələr evi-uşaq bağçasının müdiri Məmmədova Zahirət Nəsurulla qızı media mənsublarına cavab verməkdən imtina edir və biz inanırıq ki, aidiyyatı orqanlar tez bir zamanda bu təhsil müəssisəsi haqqında ciddi məşğul olacaqlar.

Oxunub: 357
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 15:31
    4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
  • Dünən, 14:50
    Ağdam şəhəri: quruculuq siyasətinin möhtəşəm nəticələri
  • Dünən, 13:31
    Könül Xasıyeva harda oxusa da, sevilir!
  • Dünən, 13:22
    “Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
  • Dünən, 11:35
    Elşən Salahov Binədə sakinlərlə növbəti səyyar görüş keçirdi
  • Dünən, 11:28
    Gürcüstan DTX-nin rəisi Bakıdadır
  • Dünən, 11:21
    Alen Simonyan dekabrda Azərbaycana gələcək
  • Dünən, 11:07
    “Koroğlu”dan aeroporta doğru nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • Dünən, 11:00
    Məleykə Abbaszadə BDU-nun rektoru oldu
  • Dünən, 10:51
    Elçin Babayev vəzifəsindən azad olundu
  • Dünən, 10:46
    Bakıda ilk dəfə avtobuslar üçün işıqfor quraşdırılacaq
  • Dünən, 10:40
    Avtomobil su arxına düşdü - Sürücü öldü
  • 18-11-2026, 16:58
    Deputat Məşhur Məmmədov fermerlərin müdafiəsinə yönələn təkliflə çıxış etdi
  • 18-11-2026, 14:24
    ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
  • 18-11-2026, 13:43
    ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
  • 18-11-2026, 12:28
    Leyla və Alyona Əliyevalar konsertdə
  • 18-11-2026, 12:22
    Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq
  • 18-11-2026, 12:11
    Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
  • 18-11-2026, 12:03
    Jestləri ilə gündəm oldu
  • 18-11-2026, 11:41
    Kudo üzrə yeganə dünya çempionumuz ikinci dəfə Avropa çempionu oldu
  • 17-11-2026, 13:16
    “10%-lik vergi fermerlərin işini çətinləşdirə bilər”
  • 17-11-2026, 13:11
    “Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
  • 17-11-2026, 12:17
    Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
  • 17-11-2026, 12:09
    8 aylıq hamilə qadın öldü
  • 17-11-2026, 12:04
    “ABB AZAL Miles Business” kartları təqdim olundu
  • 17-11-2026, 11:59
    İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
  • 17-11-2026, 11:55
    Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
  • 17-11-2026, 11:47
    Orxan Məmmədov Çay Üzü kəndində səyyar qəbul keçirdi - Fotolar
  • 17-11-2026, 10:48
    Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
  • 17-11-2026, 10:42
    Vyanada Azərbaycan icmasının yeni hədəfləri müzakirə olundu
  • 17-11-2026, 10:35
    BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman müəllim: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, AZƏRBAYCANÇILIQ RUHUNUN, MİLLİ HƏMRƏYLİYİN VƏ MÜSTƏQİLLİK ƏZMİNİN BAYRAMI
  • 17-11-2026, 10:34
    Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
  • 16-11-2026, 21:29
    Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
  • 16-11-2026, 15:25
    Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
  • 16-11-2026, 15:20
    SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə