• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Ulu öndər Heydər ƏLiyev ədliyyə işçiləri olaraq hər birimizin qəlbində ölməz ideyaları ilə əbədi yaşayacaqdır

gundem / manset

2-03-2023, 20:07

Ulu öndər Heydər ƏLiyev ədliyyə işçiləri olaraq hər birimizin qəlbində ölməz ideyaları ilə əbədi yaşayacaqdır
Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının memarı və xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin bu il mayın 10-da anadan olmasının 100 ili tamam olur. Zaman keçdikcə Heydər Əliyev dühasının əzəməti, böyüklüyü, xalqımız və müstəqil dövlətçiliyimiz üçün göstərdiyi misilsiz, təkrarolunmaz xidmətləri daha aydın və qabarıq şəkildə nəzərə çarpır. Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının görkəmli öndərlərindən biridir. Heydər Əliyev yeni tarix yaradan dövlət xadimi olmuşdur. Həyatı daima xalq və haqq yolunda mübarizədə keçən bu dahi insan məhz özünün fitri istedadı, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan xalqını və dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxarmışdır. Dövlət başçısı İlham Əliyevin 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev ili" elan edilməsi haqqında sərəncamında qeyd edildiyi kimi, "müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir". Ulu öndər bütün sahələrdə olduğu kimi, ədliyyə sistemində də mühüm islahatlar aparılmasına nail oldu və Azərbaycan ədliyyəsi öz inkişafının növbəti mərhələsini yaşamış oldu. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı. Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev ili" elan olunması ulu öndərin unudulmaz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinə verilən böyük qiymətin təzahürüdür. Ədliyyə Nazirliyində 2022-ci ilin yekunlarına dair geniş kollegiya iclasında çıxış edən Ədliyyə Naziri Fikrət Məmmədov ölkə başçısının 29.09.2022-ci il tarixli Sərəncamı ilə dahi öndərin 100 illiyi münasibətilə 2023-cü ilin "Heydər Əliyev ili" elan olunmasının Ümummilli liderin əziz xatirəsinə əbədi ehtiramın təzahürü olduğunu xüsusi vurğulayıb. Bu münasibətlə nazirlik tərəfindən keçirilən silsilə tədbirləri, o cümlədən gənc ədliyyə işçiləri ilə, bölgələrdə vətəndaşlar və hüquq ictimaiyyəti ilə keçirilən konfrans və "açıq qapı" günləriniz nazirliyin saytında yenicə yaradılmış "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" elektron məlumat platformasını qeyd edib. Ədliyyə Nazirliyində "Heydər Əliyev ili" elan olunması ilə bağlı kollegiya iclasında çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ümummilli liderimizin zəngin həyat yolunun və titanik fəaliyyətinin tükənməz ibrət məktəbi olduğunu, müasir Azərbaycan tarixinin bütöv bir qərinəsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Nazir çıxışında qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə böyük quruculuq salnaməsi ilə ölkəmizin qabaqcıl müttəfiq respublikalar sırasına çıxmasına, milli oyanışın və özünüdərkin, xalqımızın müstəqillik ideyalarının, azərbaycançılıq məfkurəsinin güclənmısinə, milli, o cümlədən hərbi kadrların yetişməsinə nail olub. Azərbaycan xalqının tariximizin məhz Heydər Əliyev dövründə dayanıqlı müstəqil dövlət qura bildiyini deyən nazir Fikrət Məmmədov ulu öndərin hakimiyyətə yenidən qayıdaraq xilaskarlıq missiyası, cəsarəti və sarsılmaz iradəsi, tükənməz idarəçilik təcrübəsi sayəsində müstəqilliyimizi böyük təhlükələrdən qurtaraq dönməz və əbədi etdiyini, ölkədə qanunçuluğu, ictimai-siyasi sabitliyi möhkımləndirdiyini, demokratik hüquqi dövlət qurduğunu, gələcəyə hesablanmış çoxşaxəli inkişaf strategiyalarının, ordu quruculuğunun təməlini qoyduğunu, hərtərəfli köklü islahatlar həyata keçirdiyini bildirib. Ulu öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar ədliyyə orqanlarında yubiley tədbirlərinin yüksək səviyyədə təşkili məqsədilə ədliyyə Nazirliyinin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Ulu öndər Heydər Əliyev ədliyyə işçiləri olaraq hər birimizin qəlbində öz əməlləri, ölməz ideyaları ilə əbədi qalacaqdır. Onun möhkəm özüllər üzərində qurduğu daxili və xarici siyasət kursu ölkəmizi daim irəliyə doğru aparacaq. Müdrik şəxsiyyətin həyatının və fəaliyyətinin bütün istiqamətləri xalqımızın bugünü və gələcəyi üçün nurlu yoldur. Qüdrətli və qalib Azərbaycan Heydər Əliyevin əbədi yaşar ideyaları, zəngin siyasi irsi əsasında tərəqqi və Zəfər yolunda əmin addımlarla irəliəyir. Bu gün müasir ədliyyə sisteminin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dühası ilə ölkəmizdə ədliyyə fəaliyyəti yenidən quruldu və onların gələcək inkişafının təməli qoyuldu. Bu gün bu sahədə islahatlar uğurla həyata keçirilir. Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrü və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir. Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Onun işıqlı xatirəsi ədliyyə işçiləri olaraq hər birimizin, xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Lətafət Hacıyeva
Sabunçu Rayon Qeydiyyat Şöbəsinin rəisi

Oxunub: 282
Paylaş:
Digər xəbərlər

gundem

26-02-2023, 16:22

Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

gundem / manset

26-02-2023, 16:27

Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlər ərzində ədliyyə sahəsi daim diqqət və qayğı ilə əhatə olunmuşdur

gundem / manset

22-02-2023, 11:50

Müasir Azərbaycan ədliyyəsinin inkişafında ulu öndər Heydər Əliyevin rolu danılmazdır

gundem / manset

28-02-2023, 17:17

"Heydər Əliyev ili" ümummilli lider Heydər Əliyevin əbədiyaşarlığının təntənəsidir

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 08:36
    “Səfərdən bir xalla qayıtmağımız sevindiricidir” - Ayxan Abbasov
  • Dünən, 21:05
    Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
  • Dünən, 20:50
    AZƏRBAYCAN RESPUBLİKASI İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, REPUBLIC OF AZERBAIJAN – DEFENDING HUMAN RIGHTS, İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri, Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovdan mühüm bəyanat
  • Dünən, 19:28
    İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
  • Dünən, 15:33
    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi
  • Dünən, 14:45
    “YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”
  • Dünən, 12:35
    “AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı
  • Dünən, 12:30
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
  • Dünən, 12:10
    Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər parkında
  • Dünən, 12:05
    DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı
  • Dünən, 11:55
    Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı
  • Dünən, 10:30
    "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov: 27 Sentyabr – Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik
  • 26-09-2026, 17:53
    Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim
  • 26-09-2026, 16:57
    Qax RİH başçısı Elvin Paşayev: 27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı və şəhidlərimizin əziz xatirəsi
  • 26-09-2026, 16:47
    44 günlük Vətən müharibəsi – Zəfərlə yazılan tarix
  • 26-09-2026, 13:50
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • 26-09-2026, 13:47
    Azərbaycanın qlobal investisiya tərəfdaşlığı genişlənir - Ən nəhənglər Bakıda
  • 26-09-2026, 13:36
    Sabah hava necə olacaq? - Açıqlandı
  • 26-09-2026, 13:29
    Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
  • 26-09-2026, 13:26
    Tikilməkdə olan evlərdən 10 minlik naqil oğurladı - Saxlanıldı
  • 26-09-2026, 11:12
    “Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”
  • 26-09-2026, 11:04
    “İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
  • 26-09-2026, 10:54
    Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı
  • 26-09-2026, 10:43
    Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı
  • 26-09-2026, 10:32
    “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
  • 25-09-2026, 17:22
    Vətənpərvər iş adamı Ataş müəllim – xeyirxahlığı və dövlətçiliyə bağlılığı ilə seçilən nümunəvi insan
  • 25-09-2026, 16:23
    Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı, hörmətli Adil Əliyevin doğum günüdür
  • 25-09-2026, 16:11
    Rübail Nəsibov – xeyirxahlığı və insanlara olan diqqəti ilə seçilən ziyalı
  • 25-09-2026, 15:35
    Dağ-mədən sektoru iqtisadi imkanları genişləndirir
  • 25-09-2026, 10:36
    Samir Şərifov Prezidentin Forum iştirakçılarına müraciətini səsləndirdi
  • 25-09-2026, 10:28
    2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
  • 25-09-2026, 10:18
    “Azeri Light”ın qiyməti 126 dollara çatır
  • 25-09-2026, 10:05
    Quba-Qusara arabir yağış yağır
  • 25-09-2026, 10:01
    “Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm”
  • 25-09-2026, 09:57
    Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə