• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Nüfuzlu əməkdaşlıq platformasının Bakı sammiti “Kaspi”nin araşdırmasında

gundem / manset

4-03-2023, 12:14

Nüfuzlu əməkdaşlıq platformasının Bakı sammiti “Kaspi”nin araşdırmasında
Bakı dünyanın 120 ölkəsini özündə birləşdirən, BMT-dən sonra dünyada ən böyük beynəlxalq əməkdaşlıq platforması sayılan Qoşulmama Hərəkatının COVID-19-la bağlı Zirvə Görüşünə ev sahibliyi etdi. Bakı sammitinə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri qatıldılar.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatına Azərbaycan 2019-cu ildən sədrlik edir. Rəsmi Bakı liderlik rolunu üzərinə götürərək, ötən illər ərzində COVID-19 kimi qlobal problemin öhdəsindən gəlmək naminə beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən olub.

Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir

Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirilib. Həmin ilin dekabrında isə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən Xüsusi Sessiyası təşkil olunub. Bu sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir kimi yadda qalıb. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edilib. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycana tam etimadının nəticəsidir ki, üzv dövlətlərin yekdil rəyinə əsasən, ölkəmizin təşkilata sədrliyi daha bir il, yəni 2023-cü ilin sonuna kimi uzadılıb. Martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü isə bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir.

70-ə yaxın ölkənin dövlət və hökumət başçıları

Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür. Məlumat üçün qeyd edək ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin, o cümlədən Bosniya və Herseqovina, Türkmənistan, Özbəkistan, İraq, Liviyanın prezidentləri, üç ölkənin - Kuba, Qabon, Tanzaniyanın vitse-prezidentləri, Əlcəzair və Keniyanın baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri qatılıblar. Eyni zamanda beynəlxalq təşkilatların rəhbərləri - Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Antonio Vitorino, BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri və digərləri, həmçinin nazirlər, nazir müavinləri, səfirlər də 3-cü dəfədir Bakıda keçirilən toplantıda iştirak ediblər.

Ölkəmiz seçim etmək məcburiyyətində qalmışdı

Politoloq İlyas Hüseynov ölkəmizin ev sahibliyi etdiyi bu mötəbər tədbirin əhəmiyyəti barədə fikirlərini “Kaspi” qəzetinə bölüşərək deyib ki, Azərbaycanın BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi, həyata keçirdiyi fəaliyyət, irəli sürdüyü təşəbbüslər sayəsində təşkilatın beynəlxalq nüfuzu artıb. Onun sözlərinə görə, rəsmi Bakı təşkilatın institutsional, struktur baxımdan inkişafına, beynəlxalq əlaqələrinin genişlənməsinə töhfələr verib:

“Azərbaycan Qoşulmama Hərəkatına 3 il ərzində formal sədrlik etməyib. Ölkəmizin sədrliyi dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olunub. Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb. Azərbaycan Hərəkata sədrliyi üzərinə götürəndə bir sıra siyasi skeptiklər var idi. Geosiyasi, hərbi-siyasi alyanslara qoşulmaqla bağlı qəti mövqe ortaya qoymaq lazım idi. O dövrdə Qərblə Rusiya mübarizə aparırdı, Azərbaycan postsovet məkanında yerləşirdi, bu coğrafi ərazinin özünün spesifikliyi var idi və belə bir fonda ölkəmiz seçim etmək məcburiyyətində qalmışdı. Rəsmi Bakı balanslı siyasətin davamı olaraq, məhz Qoşulmama Hərəkatında öz fəaliyyətini qurdu. Ötən dövrə nəzər salsaq, görərik ki, Azərbaycan COVID-19-la mübarizə, qlobal və regional çətinliklər, Vətən müharibəsi sınaqlarından uğurla çıxdı. Bu prosesləri biz Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dönəmdə gerçəkləşdirmişik. 3 illik sədrlik dönəmində rəsmi Bakı sadəcə Azərbaycanın milli maraqlarına xidmət edən deyil, təşkilata üzv dövlətlərin ümumi maraqlarından irəli gələn vəzifələri də məsuliyyətlə yerinə yetirib”.

Uğurlu fəaliyyətin ən bariz nümunəsi

Politoloq deyib ki, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin haqlı mövqeyinin müdafiə edilməsi baxımdan da Qoşulmama Hərəkatı rəsmi Bakı üçün uğurlu platforma rolunu oynayıb:

“Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Təsadüfi deyil ki, 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb. O dövrdə BMT-də Azərbaycana qarşı qərəzli qətnamə qəbul ediləcəkdi. Bu təşəbbüs irəli sürülən zaman Azərbaycan ərazilərinin azad edilməsinə dair BMT-nin vaxtilə qəbul etdiyi məlum 4 qətnaməyə istinad olmayacaqdı. Ölkəmizə qarşı bu qərəzli yanaşmanın, təşəbbüsün qarşısı məhz Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən alındı. Hansı ki, həmin vaxt eyni anda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü idilər, paralel şəkildə Qoşulmama Hərəkatında yer alırdılar. Ona görə də həmin dövlətlərə, ümumən Qoşulmama Hərəkatına da biz daim minnətdarıq. Torpaqlarımızın işğaldan azad olunmasında bu dövlətlərin də payı var. Bu həm də Azərbaycanın hərəkatdakı uğurlu fəaliyyətinin, sədrliyinin ən bariz nümunəsidir”.

Oxunub: 179
Paylaş:
Digər xəbərlər

gundem / manset

2-03-2023, 11:31

İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 17:14
    İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
  • Bu gün, 17:09
    Bir sıra məhkəmələrə yeni təyinatlar oldu (SİYAHI)
  • Bu gün, 17:05
    Bakıya diametri 4 mm olan dolu düşdü
  • Bu gün, 16:08
    Salam, Torpaq Kişilər...
  • Bu gün, 15:20
    Adın şərəflidir sənin ey ATA!
  • Bu gün, 14:43
    Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
  • Bu gün, 14:01
    Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
  • Bu gün, 13:55
    Tibb, hüquq, maliyyə üzrə təhsili olmayan blogerlərə qadağa!
  • Bu gün, 13:50
    Vaqif Əliyevlə bağlı "Neftçi" FK rəhbərliyinə və digər qrumlara MÜRACİƏT OLUNACAQ
  • Bu gün, 13:47
    Aqrar sektorda yeni mərhələ: Dövlət Proqramı nəyi dəyişəcək?
  • Bu gün, 12:50
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsindən
  • Bu gün, 12:29
    Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəldi
  • Bu gün, 12:26
    Qadınlar ən çox bu sahədə maaş alır
  • Bu gün, 11:41
    Azərbaycanda yeni universitet yaradılacaq
  • Bu gün, 11:37
    ABŞ ordusu İranın raket məntəqələrinə zərbələr endirib
  • Dünən, 20:22
    Tapdıq Əlibəyli- 65
  • Dünən, 19:13
    Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
  • Dünən, 18:58
    İsmayıl Zalov: Hüquq, ədalət və dövlətçilik prinsiplərinin müdafiəsində
  • Dünən, 18:36
    İsmayıl Zalov beynəlxalq media görüşündə: Azərbaycanın hüquqi sistemi, demokratik inkişafı və insan hüquqları ilə bağlı suallara ətraflı cavablar
  • Dünən, 13:53
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsindən - Astarada bir ağsaqqal yaşayır...
  • Dünən, 12:12
    “CityNet TV” kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
  • Dünən, 12:09
    Messi DÇ öncəsi zədələndi
  • Dünən, 12:06
    Qəbulun II cəhdinə qeydiyyat başlayır
  • Dünən, 12:03
    Prezident İordaniyanın Kralını təbrik etdi
  • Dünən, 11:59
    İranda daha bir edam icra edildi
  • Dünən, 11:50
    Məşhur tennisçi rus rəqibi üzərində qələbədən sonra Kiyevə hücuma görə ağladı
  • Dünən, 11:32
    Azərbaycan axtarışa verdiyi Osman Kaya Gürcüstanda tutuldu - Nədə ittiham olunur?
  • Dünən, 11:24
    Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
  • Dünən, 11:13
    Hava xəbərdarılığı: Bakıda və Abşeronda intensiv yağış yağacaq
  • Dünən, 11:09
    600 milyon manat: Problemli kreditlər niyə artır? - Səbəblər və risklər
  • Dünən, 10:58
    Qurban bayramı ilə bağlı fətva verildi
  • 24-05-2026, 17:40
    HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
  • 24-05-2026, 16:06
    23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
  • 24-05-2026, 13:19
    Yeni tikililərdə mənzil alarkən kvadratı necə hesablanmalıdır?
  • 24-05-2026, 13:01
    İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə