• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Qanunla ödənişsiz verilməli dərmanlar vətəndaşlara pul ilə satılır? - AÇIQLAMA

gundem / ust / manset

9-05-2023, 14:16

Qanunla ödənişsiz verilməli dərmanlar vətəndaşlara pul ilə satılır? - AÇIQLAMA
Ötən günlərdə bir sıra kütləvi informasiya vasitələrində ölkədə müəyyən xəstəliklər üzrə dərmanların ödənişsiz verilməli olduğu halda, vətəndaşlara pulla satılması ilə bağlı məlumatlar dərc edilib.

Söhbət Azərbaycanda hemofiliya, vərəm, talassemiya, şəkərli diabet, dağınıq skleroz, xroniki böyrək çatışmazlığı və qanın bədxassəli xəstəliklərindən əziyyət çəkən şəxslərə dərmanlar ödənişsiz, yəni dövlət hesabına verilməli olduğu halda, pulla satılması iddialarından gedir.

Bu məsələ ilə bağlı, xüsusilə də regionlarda yaşayan vətəndaşların əziyyət çəkdiyi iddia edilir.

Qanunvericilik bu dərmanların vətəndaşlara ödənişsiz verilməli olduğunu deyir. Bəs reallıqda vəziyyət necədir?

Ümumiyyətlə, bu dərmanların təminatını kim həyata keçirir? Bu dərmanlar tibb müəssisələrinə hansı bölgü əsasında paylanılır? Sözügedən xəstəliklərdən əziyyət çəkən şəxslərin qeydiyyatı nəzərə alınır, yoxsa necə?

Mövzuya aydınlıq gətirmək və irəli sürülən iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün aidiyyəti qurumlara sorğu ünvanladıq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentlik hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm xəstəlikləri üzrə dövlət proqramları və tədbirlər çərçivəsində TƏBİB-dən daxil olan siyahıya əsasən, dərman və tibbi zərflərin satınalınmasını həyata keçirir:

“Dərman vasitələri müvafiq dövlət tibb müəssisələrinə paylanılır və qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müvafiq dövlət tibb müəssisələrinə müraciət edərək dərman və tibbi zərfləri əldə edirlər”.

Mövzu ilə əlaqədar TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, səhiyyə sahəsində müəyyən xəstəliklərin müalicəsi üzrə bir neçə dövlət proqramları icra olunmaqdadır və hazırda onların icrası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bir sıra dövlət ambulator və stasionar tibb müəssisələrində həyata keçirilir:

“Bu dövlət və tədbirlər proqramları (hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm) çərçivəsində xəstələrə ambulator qaydada verilən dərman və tibbi zərflərin satınalması TƏBİB-dən daxil olan siyahıya əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar bu dərman vasitələri və tibbi ləvazimatlarla müayinələr əsasında yalnız həkim təyinatına uyğun müvafiq dövlət tibb müəssisələrində təmin olunurlar. Bütün proqramlar üzrə illik sifarişlər hazırlanır və təqdim edilir. Daha sonra həmin malların birillik gedişatı və anbar qalıqları nəzərə alınır, tender siyahıları hazırlanır, satınalma həyata keçirilir. Satınalma həyata keçirildikdən sonra proqramların həyata keçirildiyi müəssisələrə dərmanlar dövri tələbnaməyə əsasən göndərilir. Bəzən podratçı şirkətlərə bağlı səbəblərdən isə gecikmələr müşahidə oluna bilir. Ümumilikdə, TƏBİB-in aidiyyəti struktur bölmələri tərəfindən nəzarət tədbirləri həyata keçirilir.

Hər hansı fakt təqdim edilərsə, müvafiq qaydada araşdırılıb, tədbir görülə bilər”.

Könül Cəfərli

Oxunub: 180
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 20:23
    ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
  • Dünən, 17:11
    “MÖCÜZƏLƏR DİYARINDA” — 11 YAŞLI ALİNA ASLANOVANIN RƏNGLƏRƏ SIĞMAYAN SƏNƏT DÜNYASI
  • Dünən, 16:41
    Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
  • Dünən, 16:38
    3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu
  • Dünən, 12:03
    Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
  • Dünən, 11:15
    Prezident onu “Dostluq” ordeni ilə təltif etdi
  • Dünən, 11:11
    “Flydubai”da insident törədən pilotun - Terrorla bağlı videoları yayılıb
  • Dünən, 11:07
    İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - Foto
  • Dünən, 11:03
    “Azeri Light” 124 dollara satılır
  • Dünən, 10:59
    “Artıq altı ildir ki, kirayədə yaşayıram” - Şəhid xanımına ev nə vaxt veriləcək?
  • Dünən, 10:55
    İngiltərə Xorvatiyaya, İspaniya Çexiyaya qarşı
  • Dünən, 10:48
    Qadın evində yanaraq öldü - Oğlu saxlanıldı-Yenilənib
  • Dünən, 10:43
    “Turan Tovuz” “Fənərbaxça”ya qarşı
  • Dünən, 10:39
    “Dəymiş ziyana görə valideynlər pul ödəsin”
  • 2-10-2026, 17:53
    Gənc yaşın ilk uğurlarına doğru – Ziyad Nuriyevə ad günü təbriki
  • 2-10-2026, 17:31
    Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
  • 2-10-2026, 11:47
    Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
  • 2-10-2026, 09:08
    Suriyaya qoyduqları 47 illik məhdudiyyəti ləğv etdilər
  • 2-10-2026, 09:03
    Soma mədənində çökmə zamanı ölənlərin sayı artıb
  • 2-10-2026, 08:59
    Meşə yanğınlarına görə ölüm hökmünü bərpa edirlər
  • 2-10-2026, 08:55
    ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmisini göndərir
  • 2-10-2026, 08:51
    Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər
  • 2-10-2026, 08:48
    Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər
  • 2-10-2026, 08:45
    Əraqçinin ABŞ səfəri gözlənilmədən başa çatıb - Rəsmi Tehrandan reaksiya
  • 2-10-2026, 08:36
    Messi özünə yeni klub aldı
  • 2-10-2026, 08:33
    Venesuelada hərbi baza yaratmaq istəyir
  • 2-10-2026, 08:29
    “Azərbaycan “Şimal-Cənub” layihəsini dəstəkləyir” - Putin
  • 1-10-2026, 19:09
    Baş daşlarını Qeyrət ağacı tək ucaldanların hekayəsi...
  • 1-10-2026, 17:01
    Gənclər üçün şəxsi inkişaf təlimləri keçirilib
  • 1-10-2026, 09:40
    Kokain paketləri 7 ildə un oldu - Fotolar
  • 1-10-2026, 09:32
    Avtomobil darvazaya çırpıldı - 2 nəfər öldü
  • 1-10-2026, 09:20
    ABŞ-nin enerji layihələrinə 200 milyard yatıracaqlar
  • 1-10-2026, 09:13
    Zığ şosesində yük maşını aşdı - Yenilənib
  • 1-10-2026, 08:57
    “Biz rədd olub gedirik”
  • 1-10-2026, 08:50
    Suriyada avtobusa silahlı hücum - 7 nəfər öldü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə