Qarı – Karı – Yaşlı Qadın – Ağ saçlı qadın gizlin elmlərə sahib olan, bilikli, xeyirxaq, hamilə olan və doğum edən qadınların köməyinə yetən bir ilahi qadındır.
Dürüst adamlara görünüb və onlara saz və ya qaval verib şamanlıq etməyə başlamasına yardım edər. Əfsanəyə görə yeddi bulağın və yeddi dağın arxasında olan mağarada oturar və zaman çarxını, eyirmənini fırladar. O, zaman çarxını fırlatdıqca zaman axıb gedər . Bəzən Ağ saçlı , nurlu qadın , bəzən də qırmızı saçlı , pislik edən “Küp qarısı”,”Küpəgirən”qarı kimi də təsvir edilir . İnsanları küpün içərisinə çəkərək , qeyb etdiyinə inanılır . Burada küp ana rəhmini və torpağı , bu gün Azərbaycanın da müxtəlif ərazilərindən tapılmış, Urartu mədəniyyətinə aid edilən küp qəbirləri xatırladır . “Kar”qadın deməkdir , də “Qarımaq”, yəni yaşlanmaq feli də “Qoca Qarı”sözündən yaranmışdır . Karqa – Rus d. qoca , çirkin , qorxunc , yaşlı qadın mənasında işlədilir , yəqin ki , bu gün Rusiya ərazisində yaşayan türk xalqlarının dilindən keçmiş sözdür . Bizdə olan qoca , yaşlı qarı sözü ilə eyni məna verir. Həm də Rusiya ərazisində bu gün çox sayda “Karqa-Qarı”sözü ilə bağlı olan toponimlər və hidronimlərə rast gəlinir . Gizlin elmlərə sahib olmuş , ağılı , bilikli , gələcəyi görən həm də Sivillalar olub , Peyğəmbər hesab edilən qadınlar . Apollon və Lamiyanın qızı , Eritreyalı Sivillanın adı Qerofila , Kimmerli Sivillanın adı isə Karmenta idi. Hansı ki , adlarının kökündə Qar-Kar-Qarı-Karı sözü dayanır . «Yunan mifologiyasında Kora \Kore məhsuldarlıq ilahəsidir . Hiperboreyalı qadınlardan – Kora\Koralar . “Hera” ailə və nigahın , doğumun himayəçisi olan tanrıça . Hat”hor” – Xat”hor” “Hor” tanrısın xatunu . Karmenta – Carmenta Roma mif . doğuma yardım edən tanrıça . Karna – Roma mif . yeraltı dünyada tanrıça .
Karna - Şərqi Slavyan mif . dəfn mərasimlərində dərd , qəm , ağlamaq
personajları .Karia – Laokon çarı Dionun qızı . Dionisə aşiq olduğuna görə atası tərəfindən lənətlənərək qoz ağacına çevrilir . Yunan cevizinə . Karia əslində cevizin içi , özəyi , nüvəsi , mərkəzi deməkdir .Core - Latın , İngilis , Bask , Korsika dillərində , Lüksemburq d . “kar” , Niderland və Alman d . “kern “, İrland d . “ croi “, Dat d . “kerne” Bolqar d . “sercevina” , Litva d . “serdis” , Bosna d . “ jezgro “ , Vall d . “craidd “ ; “Nüvə - Özək “ deməkdir . Karia-“Kr”
Bu adları çəkilən və bütün dünyanın tanıdığı mifik xanımların adları belə bu gün də işlətdiyimiz Qarı – Karı – Kar sözləri ilə fonetik və məna baxımdan eyni deyilmi ?» Həm də epos qəhrəmanlarını doğmuş “Kor” adlanan “Ana” və ya “Qoruyucu Ruh” da vardır . Qarı-Karı-“Qr-Kr”
Firəngiz Rüstəmova