• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Ümummilli lider Heydər Əliyevin müasir Hüquq sisteminin formalaşmasında və Azərbaycan Ədliyyəsinin inkişafında xüsusi rolu

gundem / ust / manset

18-07-2023, 16:04

Ümummilli lider Heydər Əliyevin müasir Hüquq sisteminin formalaşmasında və Azərbaycan Ədliyyəsinin inkişafında xüsusi rolu
2023-cü il may ayının 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, iki görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevi daim ehtiramla xatırlayır. Müasir Azərbaycan tarixinin 30 ildən artıq dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaq və bu irs heç vaxt tükənməyəcəkdir. Milli dövlət quruculuğumuzun elə bir sahəsi yoxdur kiz orada Heydər Əliyev irsinin, onun misilsiz töhfəsinin şahidi olmayaq. Müasir ədliyyə və hüquq sisteminin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz rolu danılmazdır. Ulu öndər Azərbaycana rəhbərliyi illərində respublikanın ədliyyə sisteminin inkişafına məhz belə bir mövqedən yanaşıb və insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, milli qanunvericiliyin formalaşmasında əsas rol oynayan ədliyyə ədliyyə sisteminin demokratik dəyərlər əsasında qurulmasını prioritet istiqamət kimi diqqətdə saxlayıb. Azərbaycana rəhbərliyinin ilk dönəmində Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə yaradılması xüsusi əhəmiyyət verdiyi məsələlərdən biri olub. Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan müasir hüquq sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruri idi. Ədliyyə sisteminin müasirləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olundu, ən başlıcası isə ədliyyə işinin gələcək inkişafı məqsədilə hərtərəfli zəmin yaradılıb. Ümummilli lider ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan ədliyyəsinin həyatında əsaslı dövr başlandı. Bu dövr ədliyyə sisteminin sürətli inkişafı, fəaliyyət istiqamətlərinin, funksiya və səlahiyyətlərinin genişlənməsi, işinin və strukturunun təkmilləşməsi, öz mahiyyətinə xas hüquqi dövlət və demokratik cəmiyyətlər üçün zəruri olan missiyalarını əldə etməsi ilə xarakterikdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan Ədliyyəsinə daim xüsusi diqqət və qayğı göstərmişdir. Ədliyyə işçilərinə mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün-22 noyabr Ədliyyə işçilərinin peşə bayramını təsis etməklə Ulu öndər Heydər Əliyev ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Son illər Azərbaycanda müasir hüquq sistemində aparılmış köklü islahatlar da öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarına inamı artır. Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir. Qəbul edilmiş qərarlar, məhkəmə hüquq sistemində yeniliklər, o cümlədən, dünyada mövcud olan ən mütərəqqi təcrübənin Azərbaycanda tətbiq edilməsi aparılan islahatların bariz nümunəsidir. Bu gün ədliyyə sisteminin müasirləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olunub, ən başlıcası isə ədliyyə işinin gələcək inkişafı məqsədilə hərtərəfli zəmin yaradılıb. Son illər ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Ədliyyə Nazirliyinin səlahiyyətləri genişlənmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir. Heydər Əliyevin quruculuq yolu ilə irəliləyən ölkəmizdə ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsi, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətlərinin daha da təkmilləşdirilməsinin təmin edilməsi məqsədilə möhtərəm Prezidentimizin 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda ədliyyə və hüquq fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə fəaliyyətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinin təmin olunması, yerli idarəetmənin inkişafında ədliyyə orqanlarının iştirakının səmərəliliyinin artırılması və s. kimi istiqamətlərdə həyata keçirilməli olan zəruri tədbirlər müəyyən edilmişdir. Bu gün ədliyyə və hüquq hüquq fəaliyyətində müasir iş üslubları, ən qabaqcıl texnologiyalar tətbiq olunur. Xarizmatikliyi, geniş dünyagörüşü və yüksək təşkilatçılığı ilə dövlətimizin daimi inkişafının təmini üçün qanunun aliliyini rəhbər tutan ulu öndər müdrik siyasi fəaliyyəti sayəsində bütün dövlət orqanlarında, o cümlədən ədliyyə və hüquq sahəsində də mütərəqqi və dünyəvi islahatlar aparmışdır. Hamımız əminik ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla davam etdirən ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə aparacaqdır. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər, dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir.
Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür. Heydər Əliyevin əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.

Aytən Muradova
2 saylı Asan xidmət Mərkəzinin qeydiyyat şöbəsinin rəisi

Oxunub: 175
Paylaş:
Digər xəbərlər

gundem / manset

26-02-2023, 16:27

Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlər ərzində ədliyyə sahəsi daim diqqət və qayğı ilə əhatə olunmuşdur

gundem / manset

3-05-2023, 11:41

“Haber Global”: “Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Bursada anıldı”

gundem / manset

22-02-2023, 11:50

Müasir Azərbaycan ədliyyəsinin inkişafında ulu öndər Heydər Əliyevin rolu danılmazdır

gundem / ust / manset

10-07-2023, 19:02

Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır

gundem / ust / manset

18-06-2023, 11:35

Tatarıstanın Rəisi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Bu gün, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 10:05
    Bu gün millimizin oyunu var
  • Bu gün, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Bu gün, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Bu gün, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Bu gün, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Bu gün, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • Dünən, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • Dünən, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • Dünən, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • Dünən, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dünən, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • Dünən, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • Dünən, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • Dünən, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • Dünən, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • Dünən, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə