• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

12 dekabr əvəzsiz şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anım günüdür

gundem / sosial / manset

8-12-2023, 07:30

12 dekabr əvəzsiz şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anım günüdür
Ümummilli lider Heydər Əliyev Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. Ümummilli Lider xalqımız qarşısında ən böyük xidmətlərindən birini – xilaskarlıq missiyasını yerinə yetirdi, Heydər Əliyevin Qayıdışı Azərbaycanın Qurtuluşunu təmin etdi. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi və məqsədyönlü siyasəti sayəsində xaosun, vətəndaş qarşıdurmasının qarşısı alındı və sabitlik təmin edildi. Respublika rəhbərliyinə qayıdışından sonra Heydər Əliyev bütün varlığı ilə Azərbaycanı çətin vəziyyətdən çıxarmaq, sabitliyi bəepa etmək, Azərbaycanın sürətli inkişafını təmin etmək məqsədilə çox gərgin fəaliyyət göstərirdi.Müasir Azəbraycan dövlətçiliyinin yaradıcısı, dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün, demokratik dəyərlərimizin qarantı, xilaskarlıq, quruculuq missiyasını gerçəkləşdirən tarixi şəxsiyyət olan Heydər Əliyev cənablarının böyüklüyünü, dahiliyini, heç kim dana bilməz. Heydər Əiyev öz möhkəm iradəsi, və qətiyyəti, əzmi və mübarizliyi ilə ölkədə baş alıb gedən siyasi qarşıdurmanın, xarici düşmənlərimizdən dəstək alan daxili separatçıların, xaos və hərc-mərcliyin qarşısına sədd çəkib sabitliyi qoruruyb saxladı. Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının memarı və xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının görkəmli öndərlərindən biridir. Heydər Əliyev yeni tarix yaradan dövlət xadimi olmuşdur. Həyatı daima xalq və haqq yolunda mübarizədə keçən bu dahi insan məhz özünün fitri istedadi, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan xalqını və dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxarmışdır. Azərbaycanın taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Müasir tariximizə ən böyük azərbaycanlı kimi həkk olunmuş Heydər Əliyev dövrün ən sərt və çətin sınaqlarından keçərək, qədirbilən xalqımıza milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazandırıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb. Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.2003-cü ildən ötən hər il 12 dekabr tarixi xalqımız və biz ədliyyə içiləri tərəfindən unudulmaz Ulu öndər Heydər Əliyevin anım günü kimi ehtiramla yad edilir.Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil etmişdir. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin məğrur və əzmkar fəaliyyəti ilə ölkəmizin müstəqilliyi daha da möhkəmləndi. Bu gün Azərbaycan, tarixin ən qüdrətli dövrünü yaşayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordu quruculuğu yüksək zirvəsinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərli ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən zəfər yürüşünd Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində işğal altında saxladığı tarixi ərazilərimizi düşmən tapdağından azad edərək Ulu Öndərin vəsiyyətini həyata keçirdi.
Bu Qələbənin təməlində isə ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadi yüksəlişə yönəlmiş dövlətçilik məfkurəsi, sarsılmaz siyasi iradəsi və ordu quruculuğuna sərf etdiyi illərin zəhməti dayanıb.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Belə şəxsiyyətlərdən biri də Ulu Öndər Heydər Əliyev idi.
Həmişə olduğu kimi bu gündə bütün xalqımızla yanaşı biz də Ədliyyə işçiləri olaraq unudulmaz ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin sevgi və ehtiramla yad edirik.
Ulu öndər Heydər Əliyev hər birimizin qəlbində öz əməlləri, ölməz ideyaları ilə əbədi qalacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev də unudulmayacaq, daim xatırlanacaq. Onun möhkəm özüllər üzərində qurduğu daxili və xarici siyasət kursu ölkəmizi daim irəliyə doğru aparacaq. Müdrik şəxsiyyətin həyatının və fəaliyyətinin bütün istiqamətləri xalqımızın bugünü və gələcəyi üçün nurlu yoldur. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir. Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilmişdir. Heç kəs unutmamalıdır ki, Azərbaycanı parçalanmaqdan qurtaran, beynəlxalq aləmdə tanıdan, bugünkü firavan, azad həyatımızın banisi məhz Heydər Əliyevdir.


Təranə Novruzova
Sumayıt şəhər qeydiyyat şöbəsinin rəisi

Oxunub: 279
Paylaş:
Digər xəbərlər

gundem

26-02-2023, 16:22

Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 12:38
    Venesuelaya 5 milyon avro ayırdılar
  • Bu gün, 12:34
    İranın hücumuna görə BMT-yə çağırış etdilər
  • Bu gün, 12:31
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
  • Bu gün, 12:27
    Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
  • Bu gün, 12:04
    FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi
  • Bu gün, 12:00
    Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
  • Bu gün, 11:42
    Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
  • Bu gün, 11:33
    DÇ-də 1/16 finalın bütün cütləri bəlli oldu - Siyahı
  • Bu gün, 11:25
    Hüquqşünasın gündəliyi: Bir uşağın cavabı
  • Dünən, 13:50
    Prezidentin qızları bulvarda festivalda
  • Dünən, 13:44
    Səhər bu 5 qaydaya əməl edin, gününüz tam dəyişsin
  • Dünən, 13:41
    60 il öz əlində təcrübə aparan alim sübut etdi
  • Dünən, 13:36
    Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
  • Dünən, 13:32
    Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
  • Dünən, 13:29
    Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü
  • Dünən, 11:52
    Tapdıq Əlibəyli - 65
  • Dünən, 11:41
    Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü
  • Dünən, 11:36
    Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda
  • Dünən, 11:30
    “Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”
  • Dünən, 11:25
    Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
  • Dünən, 11:16
    Putin miqrantlarla bağlı qanunu imzaladı
  • 26-06-2026, 19:30
    Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
  • 26-06-2026, 17:19
    Qalib gəldi ədalət!
  • 26-06-2026, 16:19
    26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü
  • 26-06-2026, 15:53
    Qalib ordunun şanlı salnaməsi
  • 26-06-2026, 15:45
    Səni tanımaq bizə çox xoş oldu, əziz QARDAŞIMIZ!
  • 26-06-2026, 14:59
    Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
  • 26-06-2026, 12:55
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • 26-06-2026, 12:50
    Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
  • 26-06-2026, 12:46
    “Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
  • 26-06-2026, 12:41
    Şanlı tarixdən Böyük Zəfərə aparan ordu
  • 26-06-2026, 12:34
    Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 26-06-2026, 12:30
    “Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi
  • 26-06-2026, 12:27
    “Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
  • 26-06-2026, 12:24
    Ordumuz gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə