• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan XİN: “Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır”

gundem / siyaset / ust / manset

27-03-2024, 11:18

Azərbaycan XİN: “Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır”
Azərbaycan Xarici İşlər Nazirliyi 5 aprel 2024-cü il tarixində Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə açıqlama verib.

O bildirib ki, məlum olduğu kimi, Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib:

“Bu bir faktdır ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub.

Təəssüf ki, ilkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan AİMP əhəmiyyətli dərəcədə uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına (AİEM) çevrilib. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur.

Beləliklə, AİEM-in bəyan edilmiş mandatına uyğun olaraq, tam şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsini, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsi məqsədilə Aİ tərəfinə ciddi şəkildə çağırış edilib.

Narahatlıq doğuran digər məsələ Fransanın irəlilətdiyi, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla) dair yeni vədlərin də yer aldığı kampaniyadır. Aİ-nin digər bir üzvü Yunanıstan bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir.

Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb.

Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər.

Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”.

Oxunub: 137
Paylaş:
Digər xəbərlər

gundem / manset

24-03-2023, 11:21

Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi

gundem / siyaset / ust / manset

19-02-2024, 10:08

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

gundem / dunya / ust / manset

27-06-2023, 11:04

ABŞ Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”

gundem / siyaset / manset

28-12-2023, 16:46

Azərbaycan-Ermənistan: Normallaşma prosesi irəliləyib

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 20:41
    Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi
  • Dünən, 20:05
    Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar
  • Dünən, 17:48
    Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
  • Dünən, 17:38
    Zamana sığmayan zəka...
  • Dünən, 14:35
    Ağ xalatın şərəfini yaşadan Bayramovlar ailəsi
  • Dünən, 13:59
    Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
  • Dünən, 13:39
    Ağ xalat, ağ ümid
  • Dünən, 11:45
    Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər
  • Dünən, 11:38
    “Neftçi”nin Konfrans Liqasındakı rəqibi müəyyənləşir
  • Dünən, 11:34
    “Bank of Baku”dan krediti 100% tam onlayn əldə edin
  • Dünən, 11:30
    Bakıda yanan şəxs xəstəxanada öldü
  • Dünən, 11:27
    Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
  • Dünən, 11:24
    Ağdərədə maşın aşdı, 3 nəfər yaralandı
  • Dünən, 11:21
    Azərbaycan nefti ucuzlaşdı
  • Dünən, 11:18
    “Qazaxıstanla Azərbaycan arasında turist axını artacaq”
  • 16-06-2026, 21:14
    Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
  • 16-06-2026, 16:30
    Azərbaycan-Qazaxstan müharibə veteranları Özbəkistanda işgüzar görüş keçirtdilər.
  • 16-06-2026, 14:51
    Hakimlər Türkiyədə təlim səfərində olublar
  • 16-06-2026, 14:45
    Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
  • 16-06-2026, 14:40
    Miqrenli xəstələrə faydalı qidalar – açıqlandı
  • 16-06-2026, 14:29
    Tibb müəssisəsində işçilərdən pul yığılır? - Bölmə müdiri iddialara cavab verdi
  • 16-06-2026, 14:24
    Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
  • 16-06-2026, 14:20
    Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
  • 16-06-2026, 14:17
    Leyla Əliyeva Bonnda BMT-nin baş katibinin müavini ilə görüşüb
  • 16-06-2026, 14:14
    Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək - FƏRMAN
  • 16-06-2026, 14:11
    Nazir rəis müavinini vəzifəsindən azad etdi
  • 16-06-2026, 13:46
    “Bu dünya bir igid gördü” sənədli povestindən səhifələr...
  • 15-06-2026, 21:14
    VƏTƏNDAŞ, BÖYÜK AZƏRBAYCANLI, FÖVQƏLBƏŞƏR
  • 15-06-2026, 20:00
    MİLLİ QURTULUŞ GÜNÜ: AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASINDAN İNKIŞAFA APARAN YOL
  • 15-06-2026, 18:25
    Ədəbiyyatımızın Nəğməkarı.
  • 15-06-2026, 17:43
    Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
  • 15-06-2026, 15:58
    15 iyun - Azərbaycanın taleyini dəyişən gün
  • 15-06-2026, 13:29
    Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
  • 15-06-2026, 13:20
    Heydər Əliyev və Milli Qurtuluşun zəfər salnaməsi
  • 15-06-2026, 13:07
    15 iyun Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə