• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bu mərkəz “PAŞA Holding”in dəstəyi ilə Azərbaycanda fəaliyyətə başlayır - Fotolar

iqtisadiyyat / manset

Bu gün, 12:23

Bu mərkəz “PAŞA Holding”in dəstəyi ilə Azərbaycanda fəaliyyətə başlayır - Fotolar
Bakıda İspaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin (IE Hub for Leadership and Innovation) açılışı olub. “PAŞA Holding” və SOCAR ilə strateji tərəfdaşlıq çərçivəsində yaradılan Mərkəz Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin institusional dəstəyi ilə fəaliyyət göstərəcək.

ADA Universitetində yerləşən Mərkəzin əsas məqsədi korporativ əməkdaşlığı genişləndirmək, insan kapitalının inkişafını dəstəkləmək, yeni bilik və ideyaların tətbiqini təşviq etmək, eləcə də sahibkarlıq və innovasiya ekosisteminin inkişafına töhfə verməkdir. Mərkəz ilk növbədə Azərbaycana yönəlmiş fəaliyyətini gələcəkdə Mərkəzi Asiya regionunda əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə tamamlayacaq.

Mərkəzin fəaliyyəti üç əsas istiqaməti əhatə edir:

Təhsil və inkişaf: bu istiqamət çərçivəsində bakalavr və magistr proqramları, rəhbər şəxslər üçün ixtisaslaşmış təhsil imkanları, eləcə də şirkət və təşkilatların ehtiyaclarına uyğunlaşdırılmış təlim proqramları təqdim olunacaq. Bu istiqamətin əsas təşəbbüslərdən biri “Azerbaijan Global MBA” (AZEMBA) proqramıdır.

Tədqiqat və innovasiya: bu istiqamət sahibkarlıq, rəqəmsal transformasiya və regional rəqabət qabiliyyəti kimi mövzularda tədqiqatların aparılmasını, praktiki nümunələrin öyrənilməsini və beynəlxalq bilik mübadiləsinin genişləndirilməsini nəzərdə tutur. Bu fəaliyyətlər biznes qərarlarının daha əsaslandırılmış şəkildə qəbul edilməsinə və qabaqcıl təcrübələrin yerli mühitdə tətbiqinə dəstək verəcək.

Yeni bizneslərin yaradılması: bu istiqamət sahibkarlıq təşəbbüslərinin və yeni biznes modellərinin inkişafına yönələcək. Startaplar, investorlar və institusional tərəfdaşlar IE Universitetinin beynəlxalq innovasiya şəbəkəsi ilə əlaqələndiriləcək, perspektivli ideyaların biznes imkanlarına çevrilməsini dəstəkləyən əməkdaşlıq mühiti formalaşdırılacaq.

Mərkəzin açılış mərasimində iştirak edən “PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov insan kapitalının inkişafı, bilik və təcrübə mübadiləsi, eləcə də innovativ düşüncə tərzinin təşviqinin uzunmüddətli iqtisadi inkişaf və rəqabət qabiliyyəti baxımından əhəmiyyətini vurğulayıb.

“Bakıda IE Hub-ın yaradılması Azərbaycanın biznes mühitinin beynəlxalq təhsil və innovasiya ekosistemi ilə inteqrasiyasını gücləndirmək, yerli istedadların potensialını inkişaf etdirmək və yeni əməkdaşlıq imkanları yaratmaq baxımından mühüm əhəmiyyət daşıyır. “PAŞA Holding” olaraq, özəl sektor, akademik mühit və beynəlxalq tərəfdaşlar arasında davamlı əməkdaşlığın ölkəmizin inkişafına real töhfə verəcəyinə inanırıq”, - deyə Cəlal Qasımov qeyd edib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli beynəlxalq bilik və təcrübənin ölkəmizə cəlbinə, təhsil və biznes arasında əlaqələrin möhkəmləndirilməsinə, yeni ideyaların biznes təşəbbüslərinə çevrilməsinə xidmət edən tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Mərkəz beynəlxalq təhsil təcrübəsinin ölkəmizdə tətbiqinə, müasir idarəetmə bacarıqlarının inkişafına və biznesin innovasiya potensialının gücləndirilməsinə dəstək verəcək.

Diqqətə çatdırılıb ki, tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi ilə IE Universiteti arasında imzalanan İqtisadi Observatoriyanın yaradılması və inkişafına dair Çərçivə Əməkdaşlıq Sazişi iqtisadi şaxələndirmə, məhsuldarlığın artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində birgə tədqiqatların və iqtisadi təhlillərin aparılmasını, dövlət, biznes və akademik dairələr arasında dialoqun təşviqini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi, iqtisadi inkişafın prioritetləri üzrə bilik mübadiləsinin genişləndirilməsi və tədqiqat nəticələrinin praktik tətbiqinin dəstəklənməsi hədəflənir.
Mərkəzin açılışının mühüm hadisə olduğunu söyləyən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva bildirib ki, IE HUB sadəcə yeni bir məkanın yaradılması və ya yeni proqramın həyata keçirilməsi deyil. Burada əsas diqqət insanlara yönəlib. Çünki son nəticədə ən mühüm sərmayə insanlara – onların bilik və bacarıqlarına, potensialına, dəyişikliklərə uyğunlaşmaq, bu dəyişikliklərə istiqamət vermək və yeni tendensiyaların müəyyənləşdirilməsində öncül olmaq qabiliyyətinə qoyulan sərmayədir.

“Binalar inşa etmək, texnologiyalar əldə etmək mümkündür. Lakin bütün bunların işləməsini təmin edən, ideyaları reallığa çevirən, başqalarını ruhlandıran və çətinlikləri yeni imkanlara çevirən məhz insanlardır. Dayanıqlı inkişafın təməli də elə burada qoyulur. Bugünkü tədbirə xüsusi əhəmiyyət qazandıran da məhz budur”, - deyə Ziba Mustafayeva vurğulayıb.

“PAŞA Holding” haqqında

2026-cı ildə fəaliyyətinin 20 illiyini qeyd edən “PAŞA Holding” bankçılıq, sığorta, fintex, daşınmaz əmlak, pərakəndə ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən Azərbaycanın aparıcı biznes qruplarından biridir. 25 mindən çox əməkdaşı və 18 milyard ABŞ dollarını aşan aktivləri ilə Holding iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına töhfə verir və beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirir. Holding Azərbaycan, Özbəkistan, Türkiyə, Gürcüstan, Monteneqro və ABŞ-də fəaliyyət göstərir.

SOCAR haqqında

SOCAR Azərbaycanın qlobal inteqrə olunmuş enerji şirkətidir. Şirkət neft və qazın kəşfiyyatı və hasilatından emal, neft-kimya, nəql, ticarət və paylanmaya qədər enerji dəyər zəncirinin müxtəlif istiqamətlərində fəaliyyət göstərir. Beynəlxalq əməliyyatları və strateji tərəfdaşlıqları vasitəsilə SOCAR enerji təhlükəsizliyinin təmin olunmasına, enerji sektorunun inkişafına və dayanıqlı inkişaf məqsədlərinin təşviqinə töhfə verir.







Oxunub: 0
Paylaş:
Digər xəbərlər

iqtisadiyyat / manset

25-06-2026, 11:15

“Atəşgah Sığorta” CII ilə əməkdaşlığı genişləndirərək, IPPF statusu əldə etdi!

iqtisadiyyat / manset

19-08-2024, 11:34

Azərbaycanda 25 milyon dollarlıq “SABAH.fund” vençur fondu yaradıldı

gundem / sosial / manset

19-06-2026, 11:13

“Oxford” təcrübəsi Qarabağ Universitetində

gundem / manset

18-02-2025, 13:47

CELT Tədris və İnkişaf Mərkəzi "Tələbə Plus" kart layihəsinə qoşuldu

sosial / manset

29-07-2026, 13:26

Autizm Portalının əsas məqsədi nədir?

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 12:23
    Bu mərkəz “PAŞA Holding”in dəstəyi ilə Azərbaycanda fəaliyyətə başlayır - Fotolar
  • Bu gün, 12:18
    Qəzada ağır yaralanan sürücü xəstəxanada öldü
  • Bu gün, 12:09
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Bu gün, 12:03
    Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
  • Bu gün, 11:58
    Orxan Məmmədov Urakəranda sakinlərlə görüşdü - Fotolar
  • Bu gün, 11:53
    “Ombudsman dövlət orqanlarındakı nöqsanları göstərməlidir”
  • Bu gün, 11:48
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Bu gün, 11:42
    Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı
  • Bu gün, 11:38
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Bu gün, 11:18
    “Binance” kriptobirjasına kiberhücum - 6 milyardlıq zərər dəyib
  • Dünən, 16:50
    Mais Məmmədov – yol hərəkətinin təhlükəsizliyi və vətəndaş məsuliyyəti naminə xidmət
  • Dünən, 16:38
    “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov – enerji təsərrüfatının inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi naminə
  • Dünən, 16:17
    İlqar Talıbov – humanitar təhsilin inkişafına, gənc nəslin maariflənməsinə xidmət edən rəhbər
  • Dünən, 16:06
    Həyat Dursunəliyeva – körpələrin qayğı ilə böyüdüyü, uşaqların sevgi ilə yetişdiyi bir mühitin rəhbəri
  • Dünən, 15:39
    Araz Paşayev – təhsil işçilərinin hüquqlarının müdafiəsinə və sosial rifahına xidmət edən rəhbər
  • Dünən, 13:41
    Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən Mehdi Hüseynzadə adına Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Güllər Rzayeva haqqında 1000 sözlü yazı yaz.
  • Dünən, 13:10
    Vəsilə Bayramova – uşaqların sağlam və xoşbəxt gələcəyi naminə məsuliyyətli fəaliyyət
  • Dünən, 11:02
    Qazaxda region gənclərinin inkişafı və karyera planlaması müzakirə olunub
  • Dünən, 10:37
    Nurlan Ordubadlı “TURAN” medalı ilə təltif edildi
  • Dünən, 10:16
    Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
  • Dünən, 10:08
    Avropa İttifaqı geri addım atdı
  • Dünən, 10:04
    18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
  • Dünən, 10:00
    Bakının bu ərazilərində qaz kəsiləcək
  • Dünən, 09:56
    ABŞ-yə qaçdı, özünü Braziliya lideri elan etdi
  • Dünən, 09:51
    ABŞ-də nüvə kompleksində yanğın - Fövqəladə vəziyyət elan edildi
  • Dünən, 09:47
    Bu ölkədə hökumətin xəbərdarlığından sonra xaos yarandı
  • Dünən, 09:43
    “Kürk Mantolu Madonna” film olur
  • Dünən, 09:40
    Yemək zamanı telefon istifadəsini qadağan edirlər
  • Dünən, 09:36
    Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi
  • 28-10-2026, 17:21
    Mədəniyyətlərarası dialoq dövlətlərarası münasibətlərin inkişafına təkan verir
  • 28-10-2026, 10:10
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • 28-10-2026, 10:06
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
  • 28-10-2026, 10:02
    Bu ölkədə 33 mədənçi həbsxanada havasızlıqdan ölüb - Heç kim köməyə gəlməyib
  • 28-10-2026, 09:58
    Niderland qərarını dəyişdi - “Avroviziya”da iştirak etməyəcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə